Azərbaycanda vəzifəli şəxsi iş otağında öldürənin kimliyi məlum oldu - YENİLƏNİB
8-10-2021, 14:42
167

Azərbaycanda vəzifəli şəxsi iş otağında öldürənin kimliyi məlum oldu - YENİLƏNİB

Goranboyda Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Əhmədov Ziyad Ələs oğlunun qətlə yetirilməsinin təfərrüatları məlum olub.
Direktoru buçaqlayan Mirhadi Bağırov həmin mərkəzdə mühasib işləyirmiş. O, Ziyad Əhmədovu aralarında yaranmış mübahisə nəticəsində bıçaqlayaraq qətlə yetirib.
Murad İbrahimli
***
14:28
Goranboyda qətl hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) binasında baş verib. Mərkəzin direktoru, 1958-ci il təvəllüdlü Əhmədov Ziyad Ələs oğlu iş otağında bıçaqlanaraq qətlə yetirilib.
Hadisəni törədən şəxs saxlanılıb. Onun kimliyi dəqiqləşdirilir.

Oxşar xəbərlər