Azərbaycanda iş otağında öldürülən vəzifəli şəxsin FOTOSU
8-10-2021, 17:15
175

Azərbaycanda iş otağında öldürülən vəzifəli şəxsin FOTOSU

Kənd Təsərrüfatı Nazirliyinin Goranboyda Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru 1958-ci il təvəllüdlü Əhmədov Ziya Ələs oğlu mərkəzin baş mühasibi Mirhadi Bağırov tərəfindən qətlə yetirilib.
BAKU.WS-in yerli bürosunun verdiyi məlumata görə, hadisə bu gün saat 13 radələrində baş verib.
M.Bağırov Goranboy Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə sabiq rəis müavini, polis polkovnik-leytenantı Mirtağı Bağırovun oğludur.
Baş mühasib Mirhadi Bağırov Ziya Əhmədovun bıçaqla boyun nahiyəsinə vurub.
Qətlə yetirilən Dövlət Aqrar İnkişaf Mərkəzinin direktorunun fotosunu təqdim edirik.


Oxşar xəbərlər