50 manata saxta COVID-19 pasportu satan tibb işçiləri - VİDEO
10-10-2021, 10:53
186

50 manata saxta COVID-19 pasportu satan tibb işçiləri - VİDEO

Azərbaycanda saxta COVID-19 pasportu satan daha üç tibb işçisi saxlanıb.
Göyçay Rayon Polis Şöbəsinə pul müqabilində bəzi vətəndaşlara vaksin olunmadan saxta COVID-19 pasportlarının verilməsi barədə məlumat daxil olub.
Daxil olmuş məlumat əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyat zamanı bu qanunsuz fəaliyyətlə məşğul olmaqda şübhəli bilinən Göyçay Rayon Mərkəzi Xəstəxanasının işçiləri- şəhər sakini H.Eyvazova, İ.Məmmədova və L.Vəliyeva saxlanılıblar.
Aparılan araşdırmalar zamanı məlum olub ki, onların qabaqcadan əlbir olaraq müraciət edən bəzi vətəndaşlara əlli, yüz manat qarşılığında vaksinasiyadan keçib peyvənd olunmalarını özündə əks etdirən saxta sənəd təqdim ediblər.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır, adı çəkilən tibb işçilərinin ümumilikdə neçə nəfərə saxta COVID-19 pasportu satmaları ilə bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik:




Oxşar xəbərlər