Ermənistanda yenidən aksiyalar baş qaldırır? - ÇAXNAŞMA - DEPUTAT AÇIQLADI
11-10-2021, 15:13
241

Ermənistanda yenidən aksiyalar baş qaldırır? - ÇAXNAŞMA - DEPUTAT AÇIQLADI

“Əvvəla onu qeyd edim ki, Ermənistanda 20 iyun tarixində keçirilən erkən parlament seçkilərinin nəticələri göstərdi ki, erməni xalqı müharibəyə yox deyir, xalq sülh istəyir və revanşistlərin hakimiyyətə gəlməsinin əleyhinədir. Seçkinin nəticələri bunu göstərdi. Hətta bu nəticələr heç də onların Paşinyanı sevdiyi anlamında deyil, sadəcə Paşinyan müharibə etmək niyyətində deyildi. Zatən edə də bilməzdi, artıq o məğlub olmuşdu”. Bu sözləri  deputat Elman Nəsirov deyib.
Onun sözlərinə görə, lakin revanşistlər, xüsusilə Qarabağ klanı isə bu vəziyyətdən istifadə etmək istəyirdi və indi də onlar ciddi cəhdlə çalışırlar ki, Ermənistanda yenidən aləmi qarışdırsınlar. Bu günləri tam açıqlığı ilə bunu söyləmək olar ki, Ermənistanda faktiki olaraq kim-kimi müharibəsi gedir. Paşinyan artıq Qarabağ klanına, bütövlükdə revanşistlərə qarşı həlledici addımlar atmaqdadır və Paşinyana qarşı olan revanşistlərin Qarabağ klanının iki qanadı var. Biri hərbi qanadı, biri də siyasi qanadı. Hərbi qanadına daxil olan generalların həbsi prosesi getməkdədir və qarşıda hətta keçmiş Ermənistanın prezidenti müdafiə naziri Ohanyanın da həbsi gözlənilir. O Ohanyan ki, Xocalı soyqırımının həyata keçirilməsində əsas hərbi cinayətkarlardan biri olub”.
Deputat sözlərinə belə davam edib: “Beləliklə, hərbi qanadı Paşinyan zərərsizləşdirilib. Eyni zamanda, siyasi qanad da bunun fərqindədir, yəni keçmiş prezident Sarkisyan da, Köçəryan da, onun ətrafı da gözəl bilir ki, bir gün növbə onlara da gəlib çatacaq”.
“Noyabr ayında artıq Paşinyan əleyhinə ölkədə etiraz dalğasının başlamasını istəyirlər. Amma bunun nə dərəcədə səmərəli olacağını indidən demək çətindir. Ancaq hər halda 20 ilin seçkilərinin nəticələri onu göstərir ki, revanşistlərin və Qarabağ klanının sosial bazası çox məhduddur. Onlar belə etiraz dalğası ilə Paşinyan hakimiyyətini devirmək və Paşinyanın siyasətini dəyişmək iqtidarında deyillər və hesab edirəm ki, xüsusilə də son zamanlar Paşinyan hökumətinin əməkdaşlığı istiqamətində atdığı addımlar onları xeyli qıcıqlandırıb və bu nöqteyi-nəzərdən qarşılıqlı şəkildə Azərbaycan Ermənistan məkanlarını bir-birinə açması onları xeyli qıcıqlandırıb. Əməkdaşlıq istiqamətində atılan addımlar onları xeyli narahat edir”.
“Noyabr ayında hesab edirəm ki, revanşistlərin xüsusilə də Qarabağ klanının ölkənin daxilində gərginlik yaratmaqla bağlı cəhdləri olacaq. Amma bu cəhdlərin bir nəticə verəcəyinə inanmıram”.

Oxşar xəbərlər