Yaxşılığa yamanlıq və ya ermənipərəst molla rejiminə tarixi xatırlatma
11-10-2021, 17:02
159

Yaxşılığa yamanlıq və ya ermənipərəst molla rejiminə tarixi xatırlatma

Sağ göstərib, sol vurmaq və ya müsəlman bayrağına “bürünən” xristian ideologiyasının yürüdülməsi.
Bəli, söhbət İrandan gedir. Müsəlman qardaşlarımızdan, özümüzə mehriban qonşu bildiyimiz İran hakimiyyətindən. O hakimiyyət ki, hər bəyanatında “müsəlman müsəlamanın ən yaxın dostudur” ideologiyasını sərgiləyir.
Sən demə bu, “gözdən pərdə asmaq” üçündür. Pərdə arxasında isə başqa oyunlar oynanılır. Hələ bu azmış kimi bu oyunlara göz yuman ölkəmizə də iftira atmağı unutmur İran. İran hakimiyyətinin yaddaş zəifliyini nəzər alıb, qısa bir xatırlatma edək.
Hələ 2006-cı ildə İrana qarşı böyük müharibəyə hazırlaşan ABŞ, Prezident İlham Əliyevin bu ölkəyə səfərindən sonra İranı Azərbaycan ərazisindən bombalamaq niyyətini həyata keçirə bilmədi. Cənab Prezident birmənalı olaraq buna etiraz etdi və bunu ictimailəşdirdi. Bir deyil, iki deyil İrana edilən yaxşılıqlar və göstərilən xoş niyyətlərin sayı. Bu sayları İran unutsa belə, biz unutmuruq. Müsəlmanam deyib, xristiana dəstək verməklə regionda sülhün bərqərar olmasına mane olan İranın niyyətinin nə olduğu açıq-aydın ortadadır. Baxmayaraq ki, Azərbaycan tərəfi sağlam və mehriban qonşuluq münasibətlərinə ciddi önəm verir. Amma İran haqqında təəssüf ki, bunu demək olmur. Az qala bütün dünyanı özünə düşmənm bilən İran indi də silahını Azərbaycana “tuşlayıb”. Bəli, silahını - söz və əməl silahını.
Danılmaz faktdır ki, İran 30 ilə yaxın erməni işğalında olan Azərbaycan ərazilərinin talan olunmasında birbaşa iştirak edib. Ermənilərin sökdüyü evlərin tikinti materialları əsasən İrana daşınıb, meşələrin qırılması və daşınması kimi talançılıqla məşğul olub. Hələ işğal altında olan sərhəd ərazilərdə iranlı fermerlərin əkin-biçinlə məşğul olmasını demirəm.

Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Elman Nəsirov 1news.az-a açıqlamasında qeyd etdi ki, Azərbaycan qonşularla mehriban münasibətlərə xüsusi önəm verir:
“Prezident İham Əliyev ölkəmizin xarici siyasətinin prioritetlərini müəyyən edərkən qonşularla münasibətlərə xüsusi yer ayırır. Amma təəssüf ki, İranın ali rəhbərliyi Azərbaycanın mehriban qonşuluq münasibətlərinə daban-dabana zidd olan siyasət yürüdür. 30 illik müharibə dövründə məlum oldu ki, İran işğal olunmuş ərazilərimizdə ermənilərlə sövdələşməyə gedib. Belə ki, oradakı evlərin daş divarlarından tutmuş qapı pəncərəsinə kimi İran şirkətləri daşıyıb. Eyni zamanda İran fermerləri işğal olunmuş torpaqlarda əkinçiliklə məşğul olublar. Bundan başqa İran tərəfi narkotiklərin qeyri-qanuni dövriyyəsini işğal altında olan torpaqlarımızda həyata keçirib. Azərbaycanın nəzarətindən kənar qalan işğal altında olan torpaqlarımız erməni narkobaronlarının əsas qazanc mənbələrindən biri olub. Bu baxımdan Köçəryan da, Sarkisyan da əsl narkobarondurlar. Onlar beynəlxalq məsuliyyət daşıdıqları üçün cinayətkardırlar.

İranda narkotiklə bağlı ən ağır ölüm cəzasına qədər verilir, amma söhbət işğal altında olan ərazilərdən gedəndə buna göz yumur. Özü də bu prosesdə çox yaxından iştirak edir. Bu da Azərbaycanla İranın əsas prioritetlərindən olan tarixi-ənənvi və mehriban qonşuluq münasibətlərinə daban-dabana ziddir. Bütün bunlar Azərbaycan ictimaiyyətində narahatlıq doğurur. İran bu dəqiqə onların dövlət ideologiyası olan Xameynizmdən imtina edib. Xameynizmin iki mühüm istiqaməti var. Onlardan biri də “Müsəlmanın müsəlmandan yaxın dostu yoxdur” prinsipidir. Amma buna baxmayaraq İran işğalçı dövlətin yanında yer alır, onu dəstəkləyir”.
Millət vəkili onu da qeyd etdi ki, Azərbaycan İrana qarşı heç vaxt düşmən münasibət bəsləməyib. Əksinə bu ölkəyə qarşı pis niyyəti olan dövlətlərin də qarşısına keçib:
“Hələ 2006-cı ildə Prezident İlham Əliyevin Amerikaya ilk rəsmi səfəri oldu. Hansı ki, o zaman deyirdilər ki, bu gün, sabah, bəlkə də 3 gün sonra ABŞ İrana hava zərbələri endirəcək. Prezidentə nə qədər təzyiq göstərdilər ki, Azərbaycan ərazilərindən istifadə etməklə İranı bombalasınlar. Ərazimizin coğrafi mövqeyindən istifadə etməklə İrandakı siyasi rejimi devirib yerlə yeksan etmək istəyirdilər. İranın taleyinin həll olunacağı məqamda Azərbaycan Preizdenti birmənalı olaraq qəti şəkildə bildirdi ki, biz imkan vermərik ki, bizim ərazimizdən İran kimi qardaş ölkə bombalansın. Prezident daha sonra brifinq keçirərək açıq-aydın bəyan etdi ki, biz imkan vermərik ki, istər ABŞ, istərsə də onun koalisiyası bizim ərazisimizdən istifadə edərək qonşumuz olan dövləti bombalasın. İran bunu unutmamalıdır”.

Oxşar xəbərlər