Bakıda bu sinif koronavirusa görə distant təhsilə keçdi
11-10-2021, 17:58
226

Bakıda bu sinif koronavirusa görə distant təhsilə keçdi

Bakı şəhəri 51 nömrəli tam orta məktəbin 1a sinfinin müəlliminin COVİD-19 infeksiyasına yoluxduğu təsdiq olunduğu üçün həmin sinifdə əyani tədris prosesi 14 gün müddətində distant təhsillə əvəz olunub.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib. Qeyd edilib ki, eyni zamanda paytaxtdakı 225 nömrəli tam orta məktəbdə təsərrüfat işləri üzrə direktor müavininin COVİD-19 infeksiyasına yoluxduğu təsdiq olunub. O, digər şəxslərlə təmasda olmadığına görə məktəbdə heç bir sinif distant təhsilə keçməyib. Hər iki məktəbdə əyani təhsil davam edir.

Oxşar xəbərlər