Nazir Əkbər İsmayılovun köməkçisinə yeni VƏZİFƏ VERDİ
12-10-2021, 10:23
167

Nazir Əkbər İsmayılovun köməkçisinə yeni VƏZİFƏ VERDİ

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.
Oxu.Az xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsinin rəisi polis polkovnik-leytenantı Vüqar İsmayılov vəzifəsindən azad edilərək, sərəncama götürülüb.
Onun yerinə isə Bakı Şəhər Baş Polis İdarəsinin rəisinin köməkçisi polis polkovnik-leytenantı Bəkir Qarayev təyin edilib.
Qeyd edək ki, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi polis general-mayoru Əkbər İsmayılovdur.

Oxşar xəbərlər