Koronavirusa görə müavinət verilir? – RƏSMİ AÇIQLAMA
12-10-2021, 14:20
166

Koronavirusa görə müavinət verilir? – RƏSMİ AÇIQLAMA

“Azərbaycanda koronavirus infeksiyası ümumi xəstəlik kimi qəbul olunduğu üçün virusa yoluxan şəxslərə özünütəcrid dövründə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət ödənilir” - deyə məlumatlar yayılıb. 
Sözügedən məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili açıqlamasında bildirib ki, koronavirusa görə virusa yoluxa şəxslərə müavinət verilmir:
""Koronavirusa görə müavinət verilir”, - deyə, başlıqlı xəbərlərdə təhrifə yol verilib. Koronavirus da ümumi xəstəlik hesab olunur. Belə ki, işçi xəstələnən zaman qeydiyyata düşür, həkimdən bülleteni alıb, aparıb öz müəssəsinə təqdim edir. Həmin işçiyə, əmək qabiliyyətinin itirilməsinə görə məbləğ təyin olunur. Bu məbləğ, həmin şəxsin əmək haqqına və ödədiyi vergiyə görə müəyyənləşdirilir. Sözügedən məsələ də eynilə budur”.  

Oxşar xəbərlər