Azərbaycanda 9-cu sinif şagirdi koronavirusdan VƏFAT ETDİ
13-10-2021, 10:36
144

Azərbaycanda 9-cu sinif şagirdi koronavirusdan VƏFAT ETDİ

Sumqayıt şəhərində koronavirusa yoluxan məktəbli xəstəxanada vəfat edib.
Yusif Məmmədəliyev adına Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbin 9 b sinif şagirdi Əsgərov Kamil İslam oğlu oktyabrın 5-də özünü pis hiss edib və həmin gündən məktəbə gəlməyib.
Məktəblidən analiz götürülüb, onun koronavirusa yoluxduğu və bunun yüksək qızdırma ilə müşahidə olunduğu məlum olub.
Oktyabrın 6-da Sumqayıtda xəstəxanaya yerləşdirilən K. Əsgərov sonradan Bakıda klinikalardan birinə göndərilib. Aparılan müalicə tədbirlərinə baxmayaraq K. Əsgərov xəstəxanada vəfat edib. Məktəblinin bununla yanaşı güclü allergik həssaslığı da olub.

Oxşar xəbərlər