Azərbaycanda dörd uşaq anasının ata evinə qayıtması faciə ilə nəticələndi - TƏFƏRRÜAT
2-09-2020, 15:17
281

Azərbaycanda dörd uşaq anasının ata evinə qayıtması faciə ilə nəticələndi - TƏFƏRRÜAT

Şabran rayonunda qadının qardaşı tərəfindən öldürülməsinin bəzi təfərrüatları məlum olub.

Report-un verdiyi məlumata görə, rayonun Ağbaş kəndində qeydə alınan hadisə ailə münaqişəsi zəminində baş verib.

Belə ki, kənd sakini 1990-cı il təvəllüdlü Elşən Abdulov 4 uşaq anası olan bacısı, 1987-ci il təvəllüdlü Leyla Müseyibova ilə mübahisə edib.

Mübahisəyə bacısının növbəti dəfə ər evindən küsüb ata evinə qayıtması səbəb olub.

Bacısının ər evindən küsərək ata evinə gəlməsini qəbul etməyən E.Abdulov onu Samur-Abşeron kanalının kənarına gətirərək suya itələyib.

Beləliklə, L.Müseyibova su kanalında boğularaq ölüb.

Oxşar xəbərlər