Aeroport yolundakı qəzada yaralananların vəziyyəti AÇIQLANDI
14-10-2021, 12:11
173

Aeroport yolundakı qəzada yaralananların vəziyyəti AÇIQLANDI

Dünən aeroport yolunda baş verən ağır qəzada yaralananların son durumu açıqlanıb.
Kliniki Tibbi Mərkəzdən bildirilib ki, xəstəxanaya yerləşdirilən 3 nəfərin vəziyyəti stabildir, 1 nəfər isə reansimasiyadadır və vəziyyəti stabildir.
3 saylı Şəhər Klinik Xəstəxanasından da APA-ya bildirilib ki, xəstəxanada olan 4 nəfər reanimasiyadadır, onlardan birinin vəziyyəti ağırdır. Travma alan 4 nəfərin vəziyyəti isə stabil qiymətləndirilir.

Oxşar xəbərlər