Bakı Zooloji Parkında qiymətlər endiriləcək? - AÇIQLAMA
14-10-2021, 15:21
169

Bakı Zooloji Parkında qiymətlər endiriləcək? - AÇIQLAMA

Bakı Zooloji parkının xərcləri  yeddi-səkkiz dəfə artıb. 
Bu sözləri Bakı Zooloji Parkının direktoru Azər Hüseynov deyib.
O bildirib ki, biletlərin qiymətinin qalxmasının səbəbi xərclərin çox olması ilə bağlıdır: “Hazırda zooparkda akvaterrariumda havalandırma, çoxlu filtrlər, su nasosları, işıqla əlaqədar qurğular istifadə olunur. Buna görə, kommunal xərclərimiz çoxdur.  Büdcədən də o qədər çox pul almadığımız üçün qiymətləri belə etməli olduq. Hələ ki, qiymətlərdə dəyişiklik gözlənilmir”. 

Oxşar xəbərlər