Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərləri görüşə bilər
14-10-2021, 17:47
166

Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərləri görüşə bilər

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Belarusun paytaxtı Minskdə MDB xarici işlər nazirlərinin görüşü çərçivəsində ayrı-ayrılıqda azərbaycanlı və erməni həmkarları Ceyhun Bayramov və Ararat Mirzoyanla görüşüb. 
Görüşlərdə regional problemləri müzakirə etmək lazım olduğunu qeyd etdilər.
"Bu gün ikitərəfli xarakterli əlavə məsələləri və əlbəttə ki, bölgəni nəzərdən keçirə bilərik. Qarabağ həmişə diqqətimizin mərkəzində olmalıdır", - deyə Lavrov bildirib. 
Qeyd edək ki, "TASS"ın məlumatına görə, Minskdə Rusiya, Ermənistan və Azərbaycan XİN başçıları arasında üçtərəfli görüş də gözlənilir.

Oxşar xəbərlər