Talış kəndindəki erməni evləri və dəyirman yandırıldı...
2-09-2020, 16:58
191

Talış kəndindəki erməni evləri və dəyirman yandırıldı...

Təmas xəttində yerləşən kənddəki gözlənilməz hadisə separatçı rejim rəhbərliyini bərk təşvişə salıb...



Azərbaycan Respublikası Tərtər rayonunun 27 ildən çoxdur erməni işğalı altında qalan Talış kəndində  10-dan çox tikili  yandırılıb. 

Xankəndindəki separatçı nəşrlərin yaydığı məlumata görə,  naməlum şəxs və ya şəxslər kənddə 7 şəxsi evə, 3 “inzibati” binaya və dəyirmana od vurub.

Qondarma separatçı cinayətkar erməni rejimi hadisə ilə bağlı “cinayət” işi qaldırıb. 

Azərbaycan ordusu ilə təmas xəttində yerləşən kənddəki gözlənilməz hadisə kriminal rejim rəhbərliyini bərk təşvişə salıb.

Oxşar xəbərlər