Daha iki kafedə nöqsanlar aşkarlandı
15-10-2021, 18:09
85

Daha iki kafedə nöqsanlar aşkarlandı

Daha 2 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Məlumata görə, ötən gün ölkə üzrə 399 ictimai iaşə obyektində 686 monitorinq keçirilib. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Sumqayıt şəhəri, 5-ci mkr-da yerləşən, fiziki şəxs Bayramova Xatirə Cümşüd qızına məxsus "Saraclı" kafesi;
2. Goranboy rayonu, Nərimanlı kəndində yerləşən, fiziki şəxs Yusifov Elnur Vasif oğluna məxsus kafe.

Oxşar xəbərlər