Cəmiyyət
16-10-2021, 13:32
161
Ayaqyolu qazarkən, insan skletləri üzə çıxdı - Mingəçevirdə
Mingəçevirdə insan skletləri üzə çıxıb.
Hadisə şəhər hüdudlarında yerləşən fərdi təsərrüfatlardan birində qeydə alınıb. Şəhər sakini Elçin Namazov həyətyanı sahəsində ayaqyolu tikintisi üçün yer qazarkən yerin altından insan meyitinin qalıqları üzə çıxıb. Hadisə barədə hüquq mühafizə orqanı əməkdaşları məlumatlandırılıb. Əraziyə baxış zamanı bir başqa insan meyitinin qalıqları da aşkar edilib.
Qeyd olunan ərazinin köhnə qəbristanlıq yeri olduğu ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.