Gəncədə karantin rejimini pozan SPA mərkəzi aşkarlanıb
19-10-2021, 19:08
188

Gəncədə karantin rejimini pozan SPA mərkəzi aşkarlanıb

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan 7NEWS.az-ın  yerli bürosuna verilən məlumata görə Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları şəhər ərazisində Fitnes və SPA mərkəzinin sanitar-karantin qaydalarına zidd olaraq, gizli şəkildə fəaliyyət göstərməsini aşkarlayıb. Polis əməkdaşları dərhal adıçəkilən ünvana gələrək obyekt işçiləri və müştəriləri Nizami rayon Polis İdarəsinə gətiriliblər.
Şöbədə onlarla profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub. SPA Mərkəzində masaj xidmətləri göstərən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokol tərtib edilərək 400 manat cərimə edilib. Obyetkin adminstratoru barəsində isə prtokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Elnur Nəbiyev 15 sutkada inzibati qaydada həbs edilib.
Bundan başqa Baş İdarə əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv şəhər sakinləri Şahmar Həsənovun  və Cəsur Hüseynovun ev şəraitində müalicə almalarına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadıqları evi tərk edərək şəhər ərazisinə çıxmaları aşkar edilib. Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə həmin şəxslər  yaşadığı evə göndərilib. Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər