Bakıda bağça koronavirusa görə bağlandı - RƏSMİ
19-10-2021, 18:17
176

Bakıda bağça koronavirusa görə bağlandı - RƏSMİ

Bakı şəhərində bir bağça koronavirusa görə bağlanıb.
Oxu.Az-ın məlumatına görə, üç müəllimin koronavirusa yoluxması səbəbindən bağçalardan birinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən faktı Oxu.Az-a təsdiq ediblər:
“Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı ilə həmin bağçanın fəaliyyəti 14 gün müddətinə bağlanıb”.

Oxşar xəbərlər