İlqar İbrahimoğlu sərbəst buraxıldı - FOTO (YENİLƏNİB)
20-10-2021, 10:14
163

İlqar İbrahimoğlu sərbəst buraxıldı - FOTO (YENİLƏNİB)

Tanınmış ilahiyyatçı Hacı İlqar İbrahimoğlu sərbəst buraxılıb.
Bu barədə özü məlumat verib.
Dünən saxlanılan İ.İbrahimoğlu şahid qismində dindirildikdən sonra gecə saatlarında sərbəst buraxılıb. O bildirib ki, xüsusi xidmət orqanında onunla çox peşəkar davranıblar və araşdırılan mövzu ilə bağlı sualları cavablandırıb.
***
08:51
İlahiyyatçı, Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin sədri İlqar İbrahimoğlunun saxlanıldığı bildirilir.
Bu barədə Turan Agentliyi məlumat yayıb.
Oktyabrın 19-da İ.İbrahimoğlu öz Facebook səhifəsindən canlı efirə çıxaraq, hüquq mühafizə orqanları nümayəndələrinin onun evinə gəldiyini və özünün evdə olmadığını bildirib: "Mən indi evimə gedirəm, hüquq müdafiəçilərindən, vəkillərdən xahiş edirəm, oraya gəlsinlər".
Qeyd edək ki, həmçinin Bakıda Maide.az saytının baş redaktoru Təmkin Cəfərov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Saxlanılma səbəbləri barədə hələ ki məlumat verilməyib.
İlqar İbrahimoğlu sərbəst buraxıldı- FOTO (YENİLƏNİB)

Oxşar xəbərlər