"Rəmişdən sonra heç kim qapımı döymür" - Güllüdən AÇIQLAMA
20-10-2021, 12:09
347

"Rəmişdən sonra heç kim qapımı döymür" - Güllüdən AÇIQLAMA

“Rəmişsiz nə  istini,  nə  soyuğu,  nə də canımım ağrısını bilirəm. Rəmişsiz həyatım çox çətindir.  Məndə  onunla öldüm”. 
Bu sözləri mərhum Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) xanımı Güllü açıqlamasında deyib. O, hər gün Rəmişin məzarını ziyarət etdiyini açıqlayıb:
“Başımı Rəmişin məzarını ziyarətlə qatıram.Danışıram, amma cavab verən olmur. Kor-peşman evimə qayıdıram. Nə qədər ayağım yer tutur onun məzarını ziyarətə gedəcəm”. 
Güllü xanım Rəmişdən sonra evinə sənət adamlarından yalnız Qədir Rüstəmovun qızı Sevil xanım gəldiyini  bildirib: 
“Heç kim gəlmir, bircə Sevildən başqa. Gələnim-gedənim yoxdur. Sənət adamları elə Rəmişin vaxtında gəlirdi. Təyyar Bayramov, Milli Qəhrəman İbad Hüseynov sağ olsunlar ki, zəng edib,  hal-əhval  tuturlar. Rəmişdən bircə ev qalıb. Avtomobildə  yoxdur.  264 AZN təqaüdlə  dolanıram. Heç  bir  yerdən gəlirim yoxdur.  Soğan-çörəkdə  yesəm yenə də şükür edirəm”. 
Həmçinin də,  Güllü Hüseynova Rəmişin məzar daşını xaricdə yaşayan bir dostu tərəfindən düzəldiyini ifadə edib. 

Oxşar xəbərlər