Bakı metrosunda problem yarandı
20-10-2021, 15:55
173

Bakı metrosunda problem yarandı

“Bakı Metropoliteni” QSC-nin “Qara Qarayev” stansiyasından “Neftçilər” stansiyasına hərəkət edən qatara texniki baxış keçirilməsi zərurəti yaranıb.
Bu barədə qurumun mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib.
Onun sözlərinə görə, "Neftçilər" stansiyasında sərnişinlər düşürülüb və qatar texniki yoxlama məqsədilə stansiya dalan yoluna verilib. Nəticədə, iki qatar arasında 4 dəqiqəyə yaxın yubanma olub. Xəttə ehtiyat qatar buraxılıb.

Oxşar xəbərlər