Toy karvanında "VAZ-2107" ilə avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ - VİDEO
27-10-2021, 11:33
155

Toy karvanında "VAZ-2107" ilə avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ - VİDEO

Masallı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə toy karvanında avtoxuliqanlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozan, digər yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan sürücü saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra həmin sürücünün Masallı şəhər sakini C.Vəliyev olduğu müəyyən edilib. Həmin şəxs idarə etdiyi konstruksiya dəyişikliyi edilmiş “Vaz 2107” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri edərək təhlükəli manevrlər etməklə yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Sonradan isə etdiyi avtoxuliqanlıq hərəkətləri sosial şəbəkələrdə paylaşılıb. Həmin şəxs barəsində inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilib. C.Vəliyev sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 15 gün müddətində inzibati qaydada həbs edilib


Oxşar xəbərlər