Cəmiyyət
29-10-2021, 12:13
159
“Pepsi Azərbaycan” CƏRİMƏLƏNDİ
Amerikanın alkoqolsuz içki istehsalçısı “PepsiCo”nun Azərbaycandakı törəmə şirkəti barəsində Dövlət Gömrük Komitəsi tərəfindən inzibati xəta protokolu tərtib edilib.
Törəmə şirkət olan “PepsiCo Azərbaycan” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə cərimə protokolu tərtib edilərək, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilib. İşə hakim Solmaz Mustafayevin sədrliyi ilə baxılacaq.
İXM-in 485.2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə - hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
“PepsiCo Azərbaycan” MMC 2015-ci ildə yaradılıb.