Daha iki koronavirus xəstəsi metroda saxlanıldı
30-10-2021, 13:16
187

Daha iki koronavirus xəstəsi metroda saxlanıldı

Oktyabrın 29-da Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən “COVİD-19” virusuna yoluxaraq ev şəraitində müalicədə olan 2 nəfər müəyyən edilərək saxlanılıb.
DİN-dən verilən məlumata görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Oxşar xəbərlər