Cəmiyyət
3-09-2020, 16:15
243
"Ramiz Ənvəroviç Mehdiyev deyilən adam elə böyük çirkab içindədir ki..."
Ramiz Ənvəroviç Mehdiyev deyilən adam elə böyük çirkab içindədir ki, qımıldadıqca batması labüddür.Vətənini, torpağını sevən, milli məfkurəsi dəyişməz olan elə bir ziyalı yoxdur ki, bu keyfiyyətlərinə görə də indi ziyalılıqdan dəm vuran bu zat və onun əlaltıları tərəfindən gizli və aşkar şəkildə mənəvi terrora məruz qalmasın. Ən azından bunu öz təcrübəmə-başıma gətirilənlərə dayanaraq deyirəm. Olumsuz siyasi oyunlar səbəbi ilə Tele-şirkətin sədrliyindən istefa verdikdən sonra bir başa bu zatın göstərişi ilə üç il işsiz-gücsüz buraxıldım, o zaman rəhbər vəzifələrdə işləyən ən yaxın dostlarım belə bu zatın nə deyərlərindən, necə deyərlərindən qorxub məni sıradan bir işə belə götürmədilər.Adım bütün siyahilərdən silindi, istedadlısından, istedadsızından asılı olmayaraq yazıçılar birliyinin bütün üzvülərinin yer aldığı “Ədəbiyat ensklopediyası”nda yalnız mənə yer verilmədi. Əsərlərim dərs kitablarından çıxarıldı, televiziya, radio arxivlərindən haqqımdakı verilişlər silindirildi, sözlərimə yazılmış mahnılara gizli qadağa qoyuldu.Hansı siyahıdə adım oldusa, bu zatın masasından geri döndü. İşsiz qalıb Bakıdan kəndə dönüb torpaqla əlləşib əlimin qabarıyla balalarıma ruzi qazanmaq istəyəndə də məhz bu zatın gizli göstərişi ilə haqqımda yüz cür şaiyələr yaydırıldı və mənə nəfəs almağa yer buraxılmadığından canım qədər sevdiyim vətənimdən ayrılmaq zorunda qaldım.Heç bir günahı olmayan övladlarım da eyni gizli davranışlarla üz-üzə buraxıldı.(Ramiz Ənvəroviç, bu məsajı oxuyub bəlkə də çiynini çəkəcək:-Mən neyləyə bilərdim ki, sənə münasibət daha yuxarıdan gəlirdi,-deyəcəksən.Amma o yuxarının (əgər vardısa!) göstərişini aşağılara ötürən və icra etdirən bir başa səndin...)
İndi özünümüdafiə üçün elmi, dini, ədəbi qaynaqlara baş vuran (Əyər özü baş vurursa!)bu zat hamıdan yaxşı bilməli idi ki, bütün səmavi kitablar bir kəlam sütununa dayanır:Özünə rəva bilmədiyin pisliyi başqasına rəva görmə!!!
Rəva gördüyün pisliklərinin cəzasıdır, çəkirsən, Ramzi Ənvəroviç! Hələ çox çəkəcəksən... Azərbaycan tafrixinin ən azı 25-30 illik dönəmi ziyalılarının böyük çoxunluğu sənin gizli-aşikar gedişlərinlə əl quzusuna döndərildi,çünki tamahı, nəfsi, nəsi, nəsi ilə şablon səndin və özünəoxşar ingibator cücələri kimi ziyalılar (ziyanlılar) ordusu beləcə oluşduruldu. Halbuki özgürlük dönəmi ziyalısı elə özgürlük dönəmi ziyalısı olmalı idi. Və…heyrət doğuran odur ki, səni hansı elmi kəşflərinə görə Elmlər Akademiyasının prezidənti vəzifəsinə təyin etdilər və o təyinat zamanı beş cümləllik təşəkkür mətnini üzündən belə oxuya bilməyən bir adam necə Azərbaycan elminin başına gətirilə bilərdi?!
Bütün bunlardan sonra sən hansı üzlə ziyalılıqdan danışırsan, Ramiz Ənvəroviç?!?Və…sənin ziyalılıqdan danışmağa haqqın varmı?
Həmyaşıdın kimi məsləhətim özünümüdafiə üçün dalbadal yazılar yazanda hərdənbir güzgüyə baxmağı da ünutma,gör güzgüdən sənə baxan sifəti tanıyırsanmı, bu sifət kimin sifətidir?!
Anna Ahmatova demişkən:
За меня не будете в ответе,
Можете пока спокойно спать.
Сила — право, только ваши дети
За меня вас будут проклинать.
Məmməd İsmayıl