Amnistiya Aktı 15 minədək məhbusu əhatə edəcək
2-11-2021, 18:01
150

Amnistiya Aktı 15 minədək məhbusu əhatə edəcək

Amnistiya Aktı 15 minədək məhbusu əhatə edəcək.
Bunu parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bu gün komitədə "8 Noyabr - Zəfər Günü münasibəti ilə Amnistiya Aktının elan edilməsi haqqında" qərar layihəsinin müzakirəsi zamanı deyib.
Xatırladaq ki, ölkədə sonuncu dəfə amnistiya aktı 2016-cı ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 28 May – Respublika günü münasibətilə verilib. Həmin Amnistiya aktı 10 min şəxsi əhatə edib. 

Oxşar xəbərlər