Vidadi Muradovun mənimsədiyi 22 milyonun aqibəti necə olacaq?
5-11-2021, 19:35
156

Vidadi Muradovun mənimsədiyi 22 milyonun aqibəti necə olacaq?

"Azərxalça" ASC-nin İdarə Heyətinin sabiq sədri Vidadi Muradov 22 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham olunaraq həbs edilmişdi. Bu gün isə o vəfat edib. Bundan əvvəl də, kütləvi mənimsəmədə ittiham olunan bir neçə yüksək vəzifəli məmur həbsdə vəfat edib. Maraqlıdır, Vidadi Muradovun ittiham olunduğu 22 milyonluq vəsaitin taleyi nə olacaq? Hüquqi baxımdan hansı addımlar atılmalıdır?
Məsələ ilə bağlı yenisabah.az-a danışan vəkil Rəşad Əliyevin sözlərinə görə, Vidadi Muradovun dövlət büdcəsinə vurduğu ziyanın ödənilməsi onun şəxsi əmlakına və səhm paylarına yönləndirilə bilər:
 
"Cinayət törətmiş və törətməkdə təqsirləndirlən şəxs vəfat edərsə, bu, cinayət təqibini istisna edən hallardan biridir və cinayət təqibinə xitam verilir. Ancaq burada ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilir. Yəni, məhkəmə baxışının gedişində cinayət təqibinə şəxsin ölümü ilə əlaqədar xitam verilirsə, buna ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi halda isə müdafiəçinin razılığı ilə yol verilir".
 
O bildirib ki, bəraət olmadığı təqdirdə cinayət təqibinə yalnız şəxsin ölməsi əsasıyla xitam verilir:
"Şəxsin cinayət əməli nəticəsində vurduğu ziyanın ödənilməsi məqsədilə təqsirləndirilən şəxsin əmlakı, səhm payları və aktivlər üzərinə məhkəmə qərarı ilə həbs qoyulubsa, dövlətə vurulan zərərin ödənilməsi həmin əmlak hesabına da təmin edilə bilər.

Oxşar xəbərlər