Ağlar günə qalan TƏHSİLİMİZ... - Nazir təzədir, problemsə...
6-11-2021, 10:31
283

Ağlar günə qalan TƏHSİLİMİZ... - Nazir təzədir, problemsə...

Bu günümüz, gələcəyimiz üçün ən vacib, ən önəmli sahələrdən biri olan təhsilin mövcud yararsız durumu barəsində hər gün danışırıq, hər gün yazırıq...

Amma, "çi fayda"...

Görünür, bu sahədə baş verən özbaşınalıqlar, saymazlıqlar və geriləmələr yalnız media nümayəndələrini narahat edir.

Əsas narahat olmalı olan səlahiyyətli şəxslər, eləcə də təhsilin (daha doğrusu problemlərin) başında dayanıb, susaraq bu acınacaqlı durumu izləyən Təhsil Naziri Emin Əmrullayev mövcud vəziyyətdən razıdır ki, hər gün "vurulan həyəcan təbili"nin təhsil sahəsində "sükutu pozan gurultu"larına (sosial şəbəkələrdə və sosial mediada yayımlanan məlumatlara) görə qətiyyən öz rahatlığını pozmur.

Deyəsən, son zamanlar Təhsil Naziri də daxil olmaqla, bir çox dövlət qurumlarında, rəhbər vəzifələrdə çalışan məmurlar sanki, ""Yoqa" ilə məşğuldurlar". Gözlərini yumub, ətrafdan tamamilə uzaqlaşıblar.

Dövlət qurumunda, rəhbər vəzifədə çalışır, amma mətbuatda gedən məlumatlardan "xəbərsizdir". Özü də rəhbərlik etdiyi sahədə !

Nə qədər absurd...

Deyək ki, mətbuatı keçdik. Heç media nümayəndələrini demirik, Emin Əmrullayevin hər hansı bir şəxsi sosial şəbəkə hesablarında paylaşdığı "gözdən pərdə asan" (daha doğrusu "asmağa çalışdığı" ) statuslarının aşağısında, rəy bölməsində təhsil işçilərinin və vətəndaşların "həyəcanlı hayqırtısı"nı da mı görmür, eşitmir cənab Əmrullayev?

O zaman necə olur bəzi özünü "şirin" göstərməyə çalışan, "ağ yalan"larla dolu müsbət fikirlər yazanlar dərhal, operativ cavablandırılır?!

"Doğru xəbər.az" saytında, həmçinin "MUM.TV" YouTube kanalımızda ötən yayımlarımızda dəfələrlə təhsildə yaşanan çoxsaylı problemlər, özbaşınalıq və korrupsiya halları barəsində məlumatlar yayımlamışıq.

Sosial şəbəkələrdə həmin yayımladığımız məlumatların, eləcə də Emin Əmrullayevin özünün şəxsi hesabında etdiyi paylaşımlarının aşağısında, rəy bölməsində paytaxt məktəblərində, həmçinin bölgələrdə çalışan təhsil işçilərinin, valideyinlərin ümid dolu narazılıqlarına sözügedən qurum tərəfindən heç bir reaksiya verilmir.

Biz agentliyimizdə "Direktor müsabiqəsi"nin də necə təşkil olunması, hansı şərtlərlə keçirilməsi, həmçinin keçirilən müsabiqələrdə "qalib olmanın yolları" mövzusuna da bir neçə dəfə toxunmuşuq.

Bu barədə "ürəyi dolu" olan vətəndaş - Məmməd Qurbanov "rəy" bölməsində yazır:

Ağlar günə qalan TƏHSİLİMİZ...
Ağlar günə qalan TƏHSİLİMİZ...
Ağlar günə qalan TƏHSİLİMİZ...
Ağlar günə qalan TƏHSİLİMİZ...
Ağlar günə qalan TƏHSİLİMİZ...
Ağlar günə qalan TƏHSİLİMİZ...
Ağlar günə qalan TƏHSİLİMİZ...

Mürsəl Yusifov yazır:

Ağlar günə qalan TƏHSİLİMİZ...
Ağlar günə qalan TƏHSİLİMİZ...

Teymur Abbasov yazır:

Ağlar günə qalan TƏHSİLİMİZ...
Ağlar günə qalan TƏHSİLİMİZ...

Gülşən Rəsulova - İsmayılova yazır:

Ağlar günə qalan TƏHSİLİMİZ...

Kəmalə Namazlı yazır:

Ağlar günə qalan TƏHSİLİMİZ...

Ruslan Quliyev və təhsil işçisi Aybəniz Heydərova yazır:

Ağlar günə qalan TƏHSİLİMİZ...

Malik Hacıyev yazır:

Ağlar günə qalan TƏHSİLİMİZ...

Və sair...

Ümumiyyətlə bu kimi haqlı iradlar bildirən vətəndaşlar kifayət qədərdir.

Yeri gəlmişkən, "Facebook" sosial şəbəkəsində Emin Əmrullayevin öz adına olan səhifənin bu kimi "lazımlı" sualları cavablandırıb:

Ağlar günə qalan TƏHSİLİMİZ...

Bu kimi suallara ümumiyyətlə Allahın bir "like"ı ilə reaksiya verməməsi də qurum rəhbərliyinin maraqlarını büruzə verir.

Ağlar günə qalan TƏHSİLİMİZ...

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Oxşar xəbərlər