Şəhid polkovnik-leytenantın atası dünyasını dəyişdi
6-11-2021, 13:19
365

Şəhid polkovnik-leytenantın atası dünyasını dəyişdi

Şəhid polkovnik-leytenant Mehman Qənbərovun atası Nəriman Qənbərov dünyasını dəyişib.
Bu barədə “Qafqazinfo”ya şəhidin qardaşı Cavid Qənbərov bildirib. O, atasının şəkər xəstəliyindən vəfat etdiyini bildirib.
Bu gün səhərə yaxın N.Qənbərov şəkərdən komaya düşüb və qəfil dünyasını dəyişib.
Mərhum Bərdədə dəfn olunacaq.
Qeyd edək ki, şəhidin atası bir müddət öncə koronavirusa yoluxub sağalmışdı.

Oxşar xəbərlər