Minskdə Nizami Gəncəviyə abidə qoyulacaq
8-11-2021, 17:17
149

Minskdə Nizami Gəncəviyə abidə qoyulacaq

Belarusun paytaxtı Minskdə Gəncə şəhərində doğulmuş görkəmli şair və mütəfəkkir Nizami Gəncəviyə abidə qoyulacaq.

Trend bildirir ki, bu barədə Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Prezident İlham Əliyevlə telefon danışığı zamanı bildirib.

Belarus dövlətinin başçısı Azərbaycan Prezidentinə bildirib ki, Belarus və Azərbaycan xalqlarının dostluğu əlaməti olaraq Minskdə Gəncə şəhərində doğulmuş görkəmli şair və mütəfəkkir Nizami Gəncəviyə abidə qoyulacaq.

Oxşar xəbərlər