Bu gün nazirlər Milli Məclisə gəlir
10-11-2021, 09:56
142

Bu gün nazirlər Milli Məclisə gəlir

Bu gündən Milli Məclisdə 2022-ci ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsinə başlanılır.
Bu barədə açıqlamasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib. İclasda İqtisadiyyat naziri Mikayıl Cabbarov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Mərkəzi Bankın sədri Elman Rüstəmov və digər qonaqlar iştirak edəcək.
Qeyd edək ki, büdcə zərfi noyabrın 16-sı, 17-i və 18-də parlamentin plenar iclaslarında müzakirə olunacaq.

Oxşar xəbərlər