Hirkan Milli Parkında YANĞIN
10-11-2021, 15:23
172

Hirkan Milli Parkında YANĞIN

Hirkan Milli Parkında (Astara rayonu ərazisi) baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Nazirlikdən verilən məlumata görə, yanğın nəticəsində təqribən 1 ha sahədə xəzəl və qurumuş ağac kötükləri yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.
Qeyd edək ki, yanğınsöndürmə işləri mürəkkəb relyef şəraitində aparılıb, əsasən əl əməyindən istifadə olunub.

Oxşar xəbərlər