Birinci doza vaksinlərin sayı 5 milyonu ÖTDÜ
10-11-2021, 16:41
205

Birinci doza vaksinlərin sayı 5 milyonu ÖTDÜ

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 12 403 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 086, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 998, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 6 319 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 941 341, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 001 669, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 442 475, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 497 197 təşkil edir.

Oxşar xəbərlər