Nazir mətbuat katibinə yüksək vəzifə verdi
10-11-2021, 17:26
157

Nazir mətbuat katibinə yüksək vəzifə verdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyində yeni yaradılmış İctimaiyyətlə əlaqələr və vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsinə təyinat olub.
Maliyyə nazirinin müvafiq əmrinə əsasən bu vəzifəyə Mayis Piriyev təyin olunub. 
O, indiyə qədər Maliyyə Nazirliyinin mətbuat katibi vəzifəsini icra edib.
Qeyd edək ki, M.Piriyev Bakı Dövlət Universitetini və Azərbaycan Dövlət İqtisad Universitetini bitirib, müxtəlif illərdə “Yeni Azərbaycan” qəzetində, İctimai Televiziya və Radio yayımları şirkətində çalışıb.

Oxşar xəbərlər