Xəbər verdiyimiz kimi, Ermənistan tərəfi Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın rayonu sahəsində növbəti dəfə təxribat törətməyə cəhd göstərib.
Noyabrın 9-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin 60-a yaxın şəxsi heyəti iki hərbi yük avtomobilində Laçın rayonunun Qaragöl gölü istiqamətində hərəkət edərək Azərbaycan Ordusunun mövqelərinə aparan yol üzərində yerləşiblər. Qəsdən hərbi qarşıdurma yaratmaq məqsədilə erməni tərəfi metal konstruksiyalardan hazırlanmış səbətlərdən istifadə etməklə Azərbaycan Ordusunun sərhədin bu sahəsindəki mövqelərarası yolunu bağlayaraq ərazidə möhkəmlənməyə çalışıb.
Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri qısa müddət ərzində əlavə şəxsi heyət və döyüş texnikasını əraziyə cəmləşdirməklə təxirəsalınmaz tədbirləri həyata keçirib.
Görülmüş tədbirlər nəticəsində 60-a yaxın erməni hərbçisi mühasirəyə alınıb, onların bütün hərəkətləri məhdudlaşdırılıb və səhər saatlarında Rusiya tərəfinin xahişini nəzərə alaraq, Azərbaycan hərbçiləri onların geri dönməsinə şərait yaradıb.
Qəsdən törədilmiş təxribatdan sonra Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının komandirinin müavini Aleksandr Qorin və Rusiya sülhməramlılarının Qarabağdakı komandanlığının nümayəndələri mühasirəyə alınan erməni hərbçilərin yanına gəliblər. Rusiyanın yüksək rütbəli hərbçiləri Ermənistanla sərhəddə yerləşən Laçın rayonuna erməni hərbçilərinin mühasirəni tərk etmələri üçün dəhliz yaratmaqdan ötrü gəliblər. Sərt soyuq havanı nəzərə alan Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi yeni döyüş mövqelərində yerləşdirilən şəxsi heyəti lazımi təchizatla təmin edib, ancaq erməni hərbi qulluqçuları isə yeməksiz qalıb. Azərbaycan tərəfi humanist mövqedən çıxış edərək, mühasirədə olan erməni əsgərlərini su və çörəklə təmin edib... Rusiya tərəfinin müdaxiləsindən və xahişindən sonra Azərbaycan hərbi birləşmələri ilkin mövqelərinə qayıdan erməni əsgərləri üçün humanitar dəhliz açıblar.

Cəmiyyət
11-11-2021, 10:23
160
Erməni təxribatçıların Laçında mühasirəyə alınma anı - VİDEO - FOTO

Oxşar xəbərlər
Son Xəbərlər
-
09:00
ŞƏHİD ƏMANƏTLƏRİNƏ TƏŞƏKKÜR SÜFRƏSİ… - Cəlal Qurbanov: “Şəhid ailələri bizim ən dəyərli ünvanımızdır!” / Video, Foto
-
03:10
Cavanşir Qurbanov Prezident tərəfindən təltif edildi-FOTOLAR/VİDEO
-
02:29
Cəlal Qurbanov Novruz bayramı münasibəti ilə Səmayə ananın timsalında bütün Şəhid Analarını təbrik edib
-
14:43
Cəlal Qurbanov- 44 YAŞ
-
18:35
Şəhid əmanətlərinin Novruz tonqalı Şahdağda qalandı
-
18:39
Bakıda sıfır dərəcəyə yaxın şaxta olub, qar yağır - FAKTİKİ HAVA
-
18:36
Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsi Səudiyyə Ərəbistanının nüfuzlu xəbər saytında dərc olunub
-
18:28
Hərbi qulluqçuların asudə vaxtı səmərəli təşkil olunur
-
18:23
Ərdoğanın sədrliyi ilə təhlükəsizlik toplantısı keçirilir
-
18:12
Azərbaycan Belarusdan taxta-şalban idxal edən ölkələr sırasında ilk üçlükdədir
-
18:09
Nigerdə silahlıların hücumu nəticəsində 3 nəfər həlak olub
-
18:05
Türkiyədə sosial şəbəkələrdə terrorçuların təbliğatını aparan 110 nəfər müəyyən edilib - YENİLƏNİB
-
18:02
BMT-nin helikopteri Afrikada qəzaya uğrayıb
-
18:00
“Moody's”: “Türkiyədə inflyasiya ilin ikinci yarısında yavaşlamağa başlayacaq”
-
17:56
Emre Can ilin ən yaxşısı seçildi
-
17:49
"Neftçi" Türkiyədəki ikinci yoxlama oyununda məğlub olub
-
17:44
Tayvan administrasiyasının yeni seçilən başçısı Çinlə dialoq istədiyini bildirib
-
17:39
Sürücülük təcrübəsi az olan şəxslərə xəbərdarlıq edildi
-
17:25
Yaponiyada şüşəsi çatlayan təyyarə məcburi eniş edib
-
17:21
Aygün Bəylər qızına bunları demişdi...
-
17:17
Göygöldə "Mercedes" yandı
-
17:14
Elza Seyidcahanın papağını LAĞA QOYDU - FOTO
-
17:05
İsrail ordusu HƏMAS-ın komanda mərkəzi və qərargahının məhv edildiyini açıqlayıb
-
17:02
Bayden Husiləri terrorçu adlandırdı
-
16:58
Fransada Xan qızına görə etiraz aksiyası keçirilir
-
16:52
Şəkidə iki mərtəbəli evdə yanğın olub
-
16:46
Məzahir Pənahov MSK-nın veb-kameralar quraşdırıldığı 1000 seçki məntəqəsində yanğın təhlükəsizliyi kameralarının olmamasını vacib sayıb
-
16:43
Sürücülük təcrübəsi az olan şəxslərə xəbərdarlıq edilib
-
16:37
Növbədənkənar Prezident seçkilərini izləmək istəyən müşahidəçilərin sayı açıqlanıb
-
16:34
Seçkiqabağı təşviqatın aparılması üçün 22 gün vaxt verildi
-
16:31
Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 220 nəfərə çatıb
-
16:27
DYP: "Sürücülərin buz bağlayan yollarda avtomobil idarə etməmələri tövsiyə olunur"
-
16:20
Nyu-York küçələrində görüntüləndi
-
16:13
FIFA Braziliya və Argentinanı cərimələyib
-
16:09
Tramp əsassız məhkəmə iddiası ilə bağlı təzminat verəcək
-
16:06
Anasının yeriyə bilmədiyini deyib ağladı
-
16:02
“Jewish Journal”: “Ermənistanda sinaqoqun yandırılması antisemitizmlə bağlı yeganə əlamət deyil”
-
15:57
Yanvarın 14-16-da yollar buz bağlayacaq - Xəbərdarlıq
-
15:53
"Neftçi" bu gün Almaniya klubu ilə üz-üzə gələcək
-
15:50
Sevgilisinə hücum edən aktyor filmdən uzaqlaşdırıldı
-
15:47
İsveç 10 ildən sonra Aİ-nin ən çox məhbusu olan ölkəsinə çevrilə bilər
-
15:43
36 min nəfər serialdan şikayət edib...
-
15:39
Azərbaycanlı məşhurların əsl yaşları - ŞOK OLACAQSINIZ
-
15:33
Cennifer Lopez: "Ərim üçün narahat olmasınlar! O xoşbəxtdir" - FOTO
-
15:30
"İçimdəki qadın" kitabı 2 milyondan çox satıldı
Top 5
- Bu Gün
- Bu Həftə
- Bu Ay
Arxiv
« Июль 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Пн | Вт | Ср | Чт | Пт | Сб | Вс |
1 | 2 | 3 | 4 | 5 | 6 | |
7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
28 | 29 | 30 | 31 |