ADAU-da dekan seçkisi bitməyib, amma qələbəsini qeyd edənlər var... - Yazılanlar gəldi başa...
12-11-2021, 11:47
170

ADAU-da dekan seçkisi bitməyib, amma qələbəsini qeyd edənlər var... - Yazılanlar gəldi başa...

 Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) qaranlıq işlərin çevrildiyi haqda məlumat vermişdik. Xatırladaq ki, keçən günlərdəki materialda bu barədə dolğun bilgiləri diqqətinizə çatdırmışdıq:

ADAU rektorunun ŞÜBHƏLİ DEKAN SEÇKİSİ - MÜƏLLİMLƏRDƏN İLGİNC İDDİA

Bununla bağlı DİA.AZ-a danışan mənbə iddia edir ki, ADAU Aqronomluq fakültəsinə dekan seçkiləri başa çatmış hesab olunmasa da, rəsmən bu barədə hansısa qərar elan edilməsə də, artıq indidən qələbəsini qeyd edənlər var..."

Və bildirək ki, gözləntilərimiz, daha dəqiqi redaksiyamıza verilən məlumatlar təsdiqini tapmaq üzrədir. bütün vasitələrlə İsmayıl Məhərrəmovun dekan seçilməsinə çalışan rektor İbrahim Cəfərov istəyinə nail olub və yaxud da olmaq üzrədir.

Bu barədə danışan mənbə dia.az-a bildirir ki, artıq İsmayıl Məhərrəmov öz "qələbəsini" qeyd edərək, hamıya yenidən dekan postuna seçildiyini bəyan edir...
Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin.

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Oxşar xəbərlər