Milli Məclisdə dərman qıtlığı və qiymətinin baha olması məsələsi QALDIRILDI
12-11-2021, 12:39
125

Milli Məclisdə dərman qıtlığı və qiymətinin baha olması məsələsi QALDIRILDI

"Bu gün dərman bazarında və apteklərdə satılan dərmanların keyfiyyəti narahatlıq doğurur”. 
Bunu Milli Məclisin komitələrinin birgə iclasında parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov 2022-ci il büdcə layihəsinin müzakirələri zamanı deyib. 
O bildirib ki, Azərbaycanda dərmanların qiyməti bir sıra ölkələrlə müqayisədə çox bahadır. 
 
Deputat Azərbaycanda onkoloji xəstələrin müalicəsi üçün lazım olan dərmanların olmamasını da vurğulayıb:
"Onkoloji xəstəliklərin müalicəsi üçün ən müasir aparatlar gətirilib. Ancaq, dərmanlarla bağlı problemlər var. Bu dərman preparatları olmadan onkoloji xəstələri müalicə etmək çətindir. Ola bilər ki, kimlərsə o dərmaları gətirir, amma bunu görmürük”, - deyə Ə.Əmiraslanov əlavə edib. 

Oxşar xəbərlər