Son sutkada neçə nəfər koronavirusa yoluxub?
12-11-2021, 18:40
202

Son sutkada neçə nəfər koronavirusa yoluxub?

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 334 yeni yoluxma faktı qeydə alınıb, 2 092 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 25 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 556 430 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 518 105 nəfər müalicə olunaraq sağalıb, 7 397 nəfər vəfat edib. 30 928 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 193, bu günə qədər isə ümumilikdə 5 334 410 test icra olunub.
Ötən sutkada koronavirus əleyhinə 38082 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5032, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9580, buster doza üzrə vaksinasiya olunanların sayı isə 23470 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 10021688, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5012689, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4464036, buster doza üzrə vaksinasiya olunanların sayı isə 544963 təşkil edir.

Oxşar xəbərlər