Bakının mərkəzində yol polisini maşınla vurub qaçdılar - VİDEO
12-11-2021, 18:48
178

Bakının mərkəzində yol polisini maşınla vurub qaçdılar - VİDEO

 Bakı şəhərində yol polisi əməkdaşı avtomobillə vurulub.
Oxu.az xəbər verir ki, hadisə paytaxtın Rəşid Behbudov küçəsində baş verib. 
Polis sürücüyə “saxla” əmri versə də, o, əmrə tabe olmayıb. Nəticədə sürücü polisi vuraraq ərazidən qaçıb. 
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, məsələ barədə ərazi polis idarəsi üzrə araşdırma aparılır:
“Məsələyə hüquqi qiymət veriləcək”.
O qeyd edib ki, polis əməkdaşına tibbi yardım göstərilib:
“Vəziyyəti qənaətbəxşdir”.

Oxşar xəbərlər