Azərbaycanda 61 məktəb distant təhsilə keçib
16-11-2021, 23:26
158

Azərbaycanda 61 məktəb distant təhsilə keçib

Tədris ili müddətində Gigiyena və Epidemiologiya mərkəzlərinin müvafiq qərarıyla ümumilikdə 61 ümumi təhsil müəssisəsində tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili 14 gün müddətinə dayandırılıb. 
Təhsil Nazirliyindən bildirilib ki, bunlardan 37-si müddət tamam olduqdan sonra əyani tədrisə qayıdıb.
Eyni zamanda 1537 sinifdə tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili 14 gün müddətinə dayandırılıb. Bunlardan təyin edilən müddət başa çatdıqdan sonra 885 sinif əyani tədrisə qayıdıb. 

Oxşar xəbərlər