Elman Nəsirov: “İranla sərhəddəki kəndlər boşalır”
16-11-2021, 17:41
150

Elman Nəsirov: “İranla sərhəddəki kəndlər boşalır”

Milli Məclisdəki müzakirələrdə çıxış edən deputat Elman Nəsirov 2022-ci ilin dövlət büdcəsində hərbi xərclərin artırılmasını təklif etdi. Bu gün Ermənistan-Azərbaycan sərhədində baş verən toqquşmalara diqqət çəkən deputat bildirdi ki, ordumuza dəstəyi daha da artırmalıyıq: “2022-ci ilin hərbi büdcəsi böyük hərbi büdcədir. Ancaq yenə də onun artırılmasına ehtiyac var”.
E.Nəsirov daha sonra Cəlilabadın İranla sərhəd bölgəsindəki kəndlərin sürətlə boşaldığını söylədi: “Cəlilabadın kəndləri sürətlə boşalır. O kəndliləri heç kim köçürmür, onlar özləri köçürlər, Cəlilabada, Bakıya. İranla sərhəddəki kəndlərin boşalmasına imkan vermək olmaz! O kəndlərə xüsusi diqqət ayrılmalıdır”.
Deputat qeyd etdi ki, rayonun bəzi yolları da çox pis vəziyyətdədir: “Bakıdan Cəlilabada 2 saata gedirsən, Cəlilabaddan həmin kəndlərə 2-3 saata çatmaq olur. Yayda tarlada bir kəndlini ilan sancanda rayon mərkəzindəki xəstəxanaya çatdırmaq olmur”.

Oxşar xəbərlər