Cəmiyyət
17-11-2021, 13:30
128
Deputat: “Paşinyanın fiziki olaraq sıradan çıxarılması bir sıra qüvvələrin gündəmindədir”
“Azərbaycan-Ermənistan sərhədində baş verən son hadisələrdən, ermənilərin hərbi cinayət əməlləri və təxribatlarından bir neçə nəticə çıxarmaq mümkündür. Ötən gün Ermənistanın həyata keçirdiyi növbəti hərbi əməliyyatlar da biabrçı məğlubiyyətlə nəticələndi. Qarşı tərəf bunu hələlik gizlətməyə çalışsa da, erməni ictimaiyyəti yaxın vaxtlarda bu barədə məlumatlanacaqlar. Son baş verənlərin səbəblərindən biri Ermənistanda daxili gərginliyin pik həddə yaxınlaşmasıdır. Faktiki olaraq, Ermənistanın sabiq prezidentləri olan Köçəryan və Sarkisyan Paşinyan hökumətinə qarşı milli müqavimət hərəkatının yaradıldığını, separatçı rejimin qondarma parlamenti isə Qarabağda yaşayan ermənilərin sərbəst silah daşıması hüququnu tanıdığını bəyan ediblər. Bütün bunlar deməyə əsas verir ki, Ermənistanda revanşizm dalğası Paşinyan hakimiyyətinin devrilməsi məqsədilə süni şəkildə gücləndirilir”.
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov Azərbaycan-Ermənistan sərhədində baş verən son hadisələri, erməni təxribatlarını şərh edərkən deyib.
Parlament üzvü bildirib ki, ciddi təhrik altında qalan Nikol Paşinyan özünü qətiyyətli və prinsipial lider kimi təqdim etmək istəyir: “Sərhəddə baş verən son hadisələr də, fikrimcə, daha çox bununla əlaqədardır. Həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya dövlətinin təhriki ilə üçtərəfli görüşdən imtina etməsi də eyni məntiqdən qaynaqlanır, çünki Paşinyanın, hətta fiziki olaraq sıradan çıxarılması da bir sıra qüvvələrin gündəmindədir. O, çox yaxşı başa düşür ki, ona qarşı ilk həmlə məhz güc orqanlarından gələ bilər. Beləliklə, Arşak Karapetyanın müdafiə naziri postundan tələsik uzaqlaşdırılması da məhz bununla bağlıdır. Onu da qeyd edim ki, yeni təyin olunmuş məmurun, ümumiyyətlə, hərblə əlaqəsi yoxdur. Qısacası, Paşinyan hazırda Ermənistanın sülhpərvər imicini forlaşadırmağa və daxili auditoriyanın maraqlarına cavab verməyə çalışır. O, gah əməkdaşlıq mühitindən, gah da guya Azərbaycanın atəşkəsi pozmasından, delimitasiya və demarkasiyaya hazır olmamasından danışır. Hesab edirəm ki, sərhəd pozuntularının kökündə dayanan səbəb Paşinyana qarşı təzyiqlərin artmasıdır”.