“Toppuş bacı“ yenidən kimyaterapiyaya başladı
19-11-2021, 17:11
147

“Toppuş bacı“ yenidən kimyaterapiyaya başladı

Xərçəng xəstəliyi ilə mübarizə aparan Əməkdar artist Tünzalə Əliyeva (Toppuş bacı) yenidən kimyaterapiyaya başlayıb.
Aktrisa Teleqraf.com-a açıqlamasında bir müddət əvvəl ayağında əmələ gələn trombla əlaqədar kimyaterapiyanı dayandırdığını deyib: "Artıq ayağımdakı trombla bağlı problem həll edildi. Kimyaterapiyaya başladım, 29-cu kimyaterapiyanı aldım".
Qeyd edək ki, aktrisa Milli Onkologiya Mərkəzində müalicə alır.

Oxşar xəbərlər