ANAMA-nın qrup rəhbəri Zəngilanda minaya düşdü - Foto
20-11-2021, 10:02
320

ANAMA-nın qrup rəhbəri Zəngilanda minaya düşdü - Foto

Bu gün Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Babayev Vaqif Əlizad oğlu Zəngilanın Bartaz qəsəbəsi ərazisində minaya düşüb.
Hadisə günorta saatlarında baş verib. Minaya düşən 1972-ci il təvəllüdlü ANAMA əməkdaşının vəziyyətinin ağır olduğu bildirilir. O, Bakıya xəstəxanaya çatdırılıb. Məlumata görə, Vaqif Babayev ANAMA-da qrup rəhbəridir.
Hüquq-mühafizə orqanlarından “Qafqazinfo”ya faktı təsdiqləyiblər. 

Oxşar xəbərlər