Bakıda kranın aşması nəticəsində 1 nəfər ölüb, 2 evə ciddi ziyan dəyib - Yenilənib, Foto, Video
4-09-2020, 16:48
270

Bakıda kranın aşması nəticəsində 1 nəfər ölüb, 2 evə ciddi ziyan dəyib - Yenilənib, Foto, Video

Bakıda kranın yaşayış binasının üstünə aşması nəticəsində iki evə ziyan dəyib. Bunu APA-nın hadisə yerində olan əməkdaşı bildirib.
Hadisə yerinə FHN-nin müvafiq qüvvələri, Daxili İşlər Nazirliyinin, Baş prokurorluğun, “Azərişıq” ASC-nin əməkdaşları gəlib.
Hazırda evakuator vasitəsi ilə hadisə nəticəsində ziyan dəyən avtomobillər ərazidən kənarlaşdırılır.

***
Bakıda kranın yaşayış binasının üstünə aşması nəticəsində bir nəfər ölüb.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, Mövsüm Sənani 29 ünvanında kranın aşması barədə məlumat təcili yardıma saat 14.04 də daxil olub.
Mövsüm Sənani 29 ünvanında kranın aşması barədə məlumat təcili yardıma saat 14.04 də daxil olub. Bədbəxt hadisə nəticəsində 1 nəfər ölüb.(Report)
***
Bakıda kran doqquzmərtəbəli yaşayış binasının və avtomobillərin üzərinə aşıb.
Şahidlərin “Report”a verdiyi məlumata görə, hadisə Həsən Əliyev küçəsində yerləşən “Baku Clinic”in yaxınlığında (Azadlıq prospekti ilə Nəsib bəy Yusifbəyli küçəsinin kəsişməsinə yaxın ərazidə) baş verib.
Hadisə zamanı kranın sürücüsü xəsarət alıb, həmçinin ətrafda olan avtomobillərə ciddi ziyan dəyib.

Fotolar







Oxşar xəbərlər