61 işçisinin maaş kartını ələ keçirən vəzifəli şəxs pulları bu yerdə gizlədirmiş - VİDEO
26-11-2021, 14:27
337

61 işçisinin maaş kartını ələ keçirən vəzifəli şəxs pulları bu yerdə gizlədirmiş - VİDEO

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestrinin sabiq bədii rəhbəri Lütfi Qədirovun məhkəmə prosesi başa çatıb.

 İTV xəbər verir ki, Lütfi Qədirova Cinayət Məcəlləsinin 311.3-cü (külli miqdarda təkrar rüşvət alma) maddəsi ilə ittiham elan olunub.

Təqsirləndirilən şəxsin evinə baxış keçirilərkən yastığın altında külli miqdarda pul aşkarlanıb.

10 il bu vəzifədə çalışan L.Qədirov tabeliyində olan 61 əməkdaşın maaş kartını özündə saxlayıb. Hər ay ora köçən məvacibi özü nağdlaşdıraraq mənimsəyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilən sabiq bədii rəhbər pulları bağ evindəki yastığın altında gizlədibmiş.

 


Oxşar xəbərlər