Şuşa beynəlxalq müstəvidə tərənnüm olunur - FOTOLAR
26-11-2021, 20:28
166

Şuşa beynəlxalq müstəvidə tərənnüm olunur - FOTOLAR

Bu gün İtaliyanın Romualdo del Bianco Fondunun təşkilatçılığı və AR Dövlət Turizm Agentliyinin dəstəyi ilə “Life Beyond Tourism, LBT” hərəkatının tərəfdaşı – Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) Azərbaycan mədəniyyətinin incisi olan Şuşa şəhərinin turizm destinasiyası kimi təbliği ilə bağlı Florensiyada keçirilən LBT festivalında onlayn iştirak edib.
Festivala ATMU-nun Turizm və qonaqpərvərlik fakültəsinin tələbələri “Şuşa – Dağlardan gələn səsin harmoniyası” (“Shusha – The harmony of sounds coming through the mountains”) adlı təqdimatla qatılıblar. Onlayn təqdimat Şuşanın beynəlxalq müstəvidə tərənnümü baxımından Azərbaycan üçün ilk təcrübələrdən biridir- desək səhv etmərik.
Layihədə ATMU tələbələri Əfruz Fətullazadə, İltifat Əlizadə, Nərmin Zeynallı, Nərgiz Soltalıyeva, Nabat Əlizadə və Dövlət Turizm Agentliyinin əməkdaşı, eyni zamanda universitetin müəllimi Könül Nuriyeva-Kazımova yaxından iştirak ediblər. Adıkeçən festivalda ATMU tələbələrinin Şuşa ilə bağlı hazırladıqları posterlər və digər müxtəlif xarakterli vizual məlumatlar nümayiş olunacaq. 
Qeyd edək ki, layihənin kordinatoru ATMU-nun Beynəlxalq əlaqələr şöbəsidir. 
Şuşa beynəlxalq müstəvidə tərənnüm olunur- FOTOLAR

Şuşa beynəlxalq müstəvidə tərənnüm olunur- FOTOLAR

Şuşa beynəlxalq müstəvidə tərənnüm olunur- FOTOLAR 

Oxşar xəbərlər