Sülhməramlıların köməyi ilə bölgədə yollar bərpa edilir
27-11-2021, 11:09
158

Sülhməramlıların köməyi ilə bölgədə yollar bərpa edilir

Rusiya sülhməramlı kontingentinin hərbçiləri Dağlıq Qarabağın Şuşa rayonunda yolların bərpası işləri apararkən işçilərin təhlükəsizliyini təmin ediblər.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında məlumat yerləşdirilib.
Məlumatda qeyd olunur ki, hazırda humanitar mərkəzin mütəxəssisləri təhlükəsizliyi təmin etməklə Dağlıq Qarabağda tərəflərin "demarkasiyası xətti" boyunca yolun 10 km-ə yaxın hissəsini artıq bərpa ediblər.
“Hazırda yol işlərinin təhlükəsizliyini təmin etmək üçün tədbirlər görülür. Rusiya sülhməramlı kontingenti sayəsində yol işçiləri yolu təhlükəsiz şəkildə bərpa edə bilirlər. Bu ərazi demarkasiya xəttinə yaxın yerləşdiyinə görə administrasiya yol işlərinin təhlükəsizliyini təmin etmək xahişi ilə Rusiya sülhməramlı kontingentinin komandanlığına müraciət edib”, - Rusiya sülhməramlı kontingentinin sözçüsü Danil Nikitin bildirib.

Oxşar xəbərlər