SOCAR həbsxanada vəfat edən sabiq deputatın qardaşını məhkəməyə verdi – TƏFƏRRÜAT
29-11-2021, 17:08
158

SOCAR həbsxanada vəfat edən sabiq deputatın qardaşını məhkəməyə verdi – TƏFƏRRÜAT

Dövlət Neft Şirkətinin (SOCAR) “Dərhal” Mənzil Tikinti Kooperativinə (MTK) qarşı qaldırdığı məhkəmə iddiası ilə bağlı Ali Məhkəmədə iclas keçirilib. 
Yeniavaz.com
xəbər verir ki, məhkəmə iclası 26.11.2021-ci il tarixində Ali Məhkəmədə hakim Bəhram Məmmədlinin sədrliyi ilə keçirilib. 
Məhkəmə iddiasının torpaq sahəsinin boşaldılmasına görə qaldırıldığı bildirilir.
Qeyd edək ki, hüquqi ünvanı “Binqədi rayonu, Şövkət Məmmədova, ev 71A”-da  yerləşən “Dərhal”  MTK 09.12.2004-cü il tarixidə dövlət qeydiyyatına alınıb. Nizamnamı kapitalı 200 manat olan MTK-nin rəhbəri Cəbrayılov Elşən Kamil oğludur. 
Məlumat üçün bildirək ki, Cəbrayılov Elşən Kamil Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə həbs olunan və 2 ay əvvəl həbsxanada vəfat edən sabiq millət vəkili Rəfael Cəbrayılovun qardaşıdır. 

Oxşar xəbərlər