Qarabağ Qazisi Sosial Xidmətlər Agentliyinə qarşı... - GİLEY
30-11-2021, 15:51
192

Qarabağ Qazisi Sosial Xidmətlər Agentliyinə qarşı... - GİLEY

"ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinin və onun sədri Vüqar Behbudovun 1-ci dərəcəli Qarabağ qazisinə qərəzli imtinasından çox yazılıb. Vüqar Behbudov qazinin Konstitusiya ilə doğrulanan hüququndan yararlanıb Agentliyin işini qınaması bütün növ sosial xidmətlərdən məhrum edilməsi ilə sonuclanıb. Özbaşınalıq o həddə çatıb ki, Səhiyyə Nazirliyinin ƏƏSMN ilə birgə komissiyasının qazinin Respublikadan qıraqda müalicəsinin təşkil edilməsindən “ƏƏSMN -İN HEÇ BİR ÖLKƏ İLƏ MÜQAVİLƏ BAĞLAMAMASI” özbaşınalığı ilə imtina edilməsi bir yana, heç son 3 ildə Naxçıvan “Duzdağ” fizioterapiya mərkəzində müalicəsinin təşkilindən də imtina edilir". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Pensiyaçısı olduğu hərbi qurumdan – DİN-in Daxili Qoşunlarından heç danışmağa dəyməz, qazinin Prezidentə özbaşınalıqdan müraciəti “idarənin şərəf və ləyaqətini” necə “ləkələyibsə” , yardıma ehtiyacı olan Prezident təqaüdçüsündən 30 milyonluq “ləkəyuma haqqı” tələb ediblər. Nazirlər Kabinetinin, digər bağlantılı qurumların susqunluğu , hərəkətsizliyi astmadan ölüm ayağında olan qazinin Bakı İnzibati Məhkəməsində “sosial xidmət göstərilməsindən imtinaya görə dəyən maddi-mənəvi ziyanın ödənilməsi və Naxçıvan “Duzdağ” fizioterapiya mərkəzində bronxial astmadan təcili müalicənin təşkil edilməsi” tələbi ilə iddia qaldırması ilə sonuclanıb. Ötən gün Bakı İnzibati Məhkəməsinin hakimi Nəriman Abıyevin mümkünlük iclasını 70 gün sonraya - gələn ilin 24 yanvarına təyin etməsi haqqında sms-bildiriş alan Qarabağ qazisinin artıq Naxçıvandan da əli üzülüb. Hökumətin sosial xidmət siyasətinə baxın, təcili müalicəyə ehtiyacı olan Qarabağ qazisinin iddiasının mümkünlüyünə 70 gündən sonra baxılacaq, mümkün sayılıb – sayılmaması ilə bağlı prosedurlar ən azı 2-3 ay çəkəcək və. .. sonra da hakimin “daxili inamı” Qarabağ qazisinin müalicəsinin mümkünsüzlüyünə qərar verəcək. Nəriman Abıyev həmin hakimdir ki, Qarabağ qazisinin ƏƏSMN tabeliyində DSMF-ə qarşı ləğv edilmiş qərardadı üzrə işə yenidən hakim təyin edilib və “daxili inamı” olmayan icra məktubu (?) əsasında (?) xaricdə müalicəyə ehtiyacı olan, düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini apardığı Qarabağ qazisi Xaliq Abbaszadənin pensiyasının yarısının da DSMF-lə ortaq yeməyə haqq verib. Maraqlarına toxunan digər Qarabağ qazilərinin İPM-in 28-ci maddəsinə əsasən 3-cü şəxs qismində işə cəlb edilməsi ərizələrinə isə indiyədək baxılmayıb. Hakimə qazilərə qarşı qərəzli ayrıseçkiliyinə, süründürməçiliyinə görə etiraz edilsə də, sədrə verilməyib. Qarabağ qazisinin təcili müalicəsi barədə iddiasını da süründürməçiliyin qurbanı etdiyindən məhkəmə sədri Araz Hüseynova qərəzli hakimə etiraz ərizəsi elektron qaydada təqdim edilib. Müvəqqəti xarakterli müdafiə tədbiri kimi iddianın təmin edilməsinə də ərizə verən qazi müalicəsinin Naxçıvandakı fizioterapiya mərkəzində təcili təşkil edilməsini tələb edir.

“Təcili”, “qaynsr” anlayışlarını illərlə hesablayan dövlət hakimiyyəti orqanları, görəsən, müalicənin illəri gözləməyə vaxtı olmadığını bilmir? Xidmətə baxın , baş prokuror yanında korrupsiyaya qarşı mübarizə baş idarəsinin 161 qaynar xətti şikayətə 2 ildən sonra “baxıb” və indi də 3 aydır müstəntiq Rəşad Məmmədov qərarını vermirsə, əlbəttə, Vüqar Behbudov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək mənzilləri rüşvətlə bölmək qərarını dövlətin adından çıxarılan məhkəmə qərarından üstün tutacaq. Məhkəmə (Nəriman Abıyev) təcili müalicənin təşkil edilməsi tələbi ilə iddianın mümkünlüyünə gələn il baxacaqsa, hansı sağlamlığın qorunmasından, ədalətdən danışmaq olar?

ÖLMƏ QAZİ, ZƏNGƏZUR DƏHLİZİ AÇILANDA NAXÇIVANA MÜALİCƏYƏ GEDƏRSƏN!"

Oxşar xəbərlər